Azərbaycana meymunçiçəyi testi və dərmanlar GƏTİRİLƏCƏK

 12:52 17.06.2022     598

“Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək".

Redaktor.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bildirib.

Nazir eyni zamanda deyib ki, meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək (report.az).