Azərbaycana gələnlər meymunçiçəyi testindən necə keçir? - RƏSMİ AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdə yayılan foto cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, avtobusda sərnişinlərdən birinin qolundakı səpkilər digərlərinin diqqətini çəkib.
Redaktor.az xəbər verir ki, sərnişinin qolundakı səpkilərin yumru və iri suluq formasında olması ağla ilk olaraq gündəmdə olan meymunçiçəyi infeksiyasını gətirib.
Xüsusən də Gürcüstanda meymunçiçəyi virusuna yoluxma halı təsdiqini tapandan sonra, əhali arasında narahatlıq yaranıb.
Bu da həqiqətdir ki, pandemiyadan sonra ölkəyə gələn xaricilərin sayı hər gün artır.
Maraqlıdır, ölkəmizə təşrif buyuranlar meymunçiçəyi testindən necə keçirlər?
Bu sualla Səhiyyə Nazirliyin mətbuat xidmətinə müraciət etdik.
Xidmətin əməkdaşı Elviz Hacıyevin sözlərinə görə, meymunçiçəyi səpki ilə müşayət olunduğundan gözlə görünə bilən xəstəlikdir.
“Sərhəd buraxılış məntəqəsində səpkili xəstə aşkarlandığı halda, aidiyyatı üzrə məlumat verilir. Bu günə qədər belə bir hadisə qeydə alınmayıb”,- deyə nazirlik rəsmisi bildirdi.
İLTİFAT