Səhiyyə xərcləri də ARTIRILACAQ

 13:00 18.06.2022     959

Azərbaycanın 2022-ci ildə səhiyyə xərcləri dəyişir.

Redaktor.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, səhiyyə xərcləri 1 788 619 634,0 manatdan 1 708 797 316,0 manata azaldılır. Bu vəsaitdən poliklinikalar və ambulatoriyalar üçün 1 804 324,0 manat, xəstəxanalar üçün 169 953 633,0 manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlar üçün 2 590 726,0 manat, səhiyyə sahəsində proqramlar və digər xidmətlər üçün 1 534 448 633,0 manat, əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 1 125 674 629,0 manat vəsait ayrılacaq.

Bundan əvvəl səhiyyə xərcləri üçün nəzərdə tutulan 1 788 619 634,0 manat vəsaitdən poliklinikalar və ambulatoriyalar üçün 1 664 544,0 manat, xəstəxanalar üçün 171 143 669,0 manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlar üçün 2 588 726,0 manat , səhiyyə sahəsində proqramlar və digər xidmətlər üçün 1 613 222 695,0 manat, əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı 1 125 674 629,0 manat ayrılması nəzərdə tutulmuşdu.

Göründüyü kimi, dəyişikliyə əsasən, poliklinikalar və ambulatoriya xərcləri, səhiyyə sahəsində tətbiqi tədqiqatlar üçün ayrılan vəsait artırılır, xəstəxanalar, səhiyyə sahəsində proqramlar və digər xidmətlər üçün ayrılan vəsait azaldılır. Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı isə olduğu kimi qalır.