Dünyada koronavirusa yoluxanların sayı yenidən artır

"Omikron" ştammının üçüncü epidemiyası fonunda son günlər bir neçə ölkədə koronavirusa yoluxma halları eyni anda kəskin artır.
Redaktor.az REN-TV-yə istinadən xəbər verir ki, eyni zamanda həm peyvənd olunmuş, həm də artıq xəstə olan insanlar infeksiyaya məruz qalır.
Bəziləri inanır ki, zaman keçdikcə COVID-19 zəifləyəcək və digər tənəffüs xəstəlikləri kimi endemik infeksiyalar kateqoriyasına keçəcək. Lakin alimlərin proqnozları da məyusedici səslənir. Onlar əmindirlər ki, başqa dalğalar da olacaq, ona görə də vaksinlərə ehtiyac var. Çünki mövcud olanlar effektivliyini itirir.
Koronavirusa yoluxma halları müəyyən müddətdə azaldıqdan sonra Avropa və ABŞ-da yenidən kəskin artmağa başlayıb. Səbəb isə Omicron ştammının mutasiyasıdır.
“BA.4” və “BA.5” variantları yanvar və fevral aylarında Cənubi Afrikada müəyyən edilib. Mayın ortalarına qədər orada gündə on mindən çox hadisə qeydə alınıb. Eyni zamanda, “BA.2.12.1” ABŞ-ın Şərq Sahilində yayılmağa başlayıb.
Bu arada Portuqaliyada hər gün 50-70 nəfər koronavirusa yoluxur və onların əksəriyyətində “Omikron”nun “BA.5-ə” rast gəlinir. Almaniyada infeksiya nisbəti bir həftə ərzində iki dəfə artıb. Əvvəlki dalğalar zamanı belə yüksəliş müşahidə olunmurdu. İsveçrə və Fransada isə “BA.5” sürətlə “BA.2”-ni əvəz edir.
İLTİFAT