Həkim səhvən xəstənin sağlam gözünü çıxardı

 09:22 24.06.2022     526

Slovakiyada oftalmoloq cərrah xəstənin sağlam gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib. Həkimə müraciət edən kişinin kor gözü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib.

Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah xəstələrlə işdən uzaqlaşdırılıb. Hazırda həkimə qarşı cinayət işi başlanıb. Bratislava polisi hadisənin bütün hallarını müəyyənləşdirir.