Koronavirusa yoluxanların sayı artır - Karantin sərtləşdiriləcəkmi? - VİDEO

 20:05 01.07.2022     449

İyunun sonlarında koronavirusa yoluxanların sayı həmin ayın əvvəli ilə müqayisədə 3-5 dəfə artıb. Davam edən bu tendensiya insanlar arasında narahatlıq yaradıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Xəzər-xəbər"ə tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O, bildirib ki, ''omikron'' koronavirusun sonuncu ştamı deyil və hər an yeni mutasiyalar meydana çıxa bilər. "Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı hələlik pandemiyanın sonu barəsində danışmır. O ki qaldı son günlər koronavirusa yoluxanların sayının artmasına, Adil Qeybulla bildirib ki, bənzər proses bütün dünyada müşahidə edilir".

Onun fikrincə, artım bu templə davam edərsə, sentyabrda vəziyyət kritik həddə çata bilər.

Məsələ ilə bağlı səhiyyə naziri Teymur Musayev isə bildirib ki, yayda insanlar kütləvi tədbirlərə daha çox gedirlər. Buna görə də yoluxanların sayında nisbətən artım var. Nazir hazırda ölkəmizdə epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu, ağırlaşmaların olmadığını diqqətə çatdırıb.

Teymur Musayev əlavə edib ki, ölkəmizdə əhalinin 74 faizi koronavirusa qarşı peyvənd olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirİK: