İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

 11:06 19.07.2022     390

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı genişlənib.

Redaktor.az xəbər verir ki, bunu Agentliyin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O qeyd edib ki, hazırda müqaviləli tibb müəssisələrinin sayı 69-a çatıb: "Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir".

Xatırladaq ki, vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir.

Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

1. Bakı Sağlamlıq Mərkəzi

2. Mərkəzi Klinik Xəstəxana

3. Caspian International Hospital

4. Respublika Diaqnostika Mərkəzi

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

6. Gəncə Beynəlxalq Xəstəxanası

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

9. Zəfəran hospital

10. EGE Hospital

11. Sumqayıt Hospital

12. Avrasiya Hospital

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

14. Leyla Medical Center

15. Badam Medical Center

16. Lor Hospital

17. Məlhəm Beynəlxalq Hospital

18. “OKİ” Hospital (Qusar rayonu)

19. Oksigen Klinik Xəstəxanası

20. Diaqnoz Tibb Mərkəzi

21. Baku City Hospital

22. Mediland Hospital

23. Medera Hospital

24. Stimul Hospital

25. Medistyle Hospital

26. Batıgöz Medical Plaza

27. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası

28. İstanbul NS klinikası

29. Olimp Hospital

30. Kəpəz Hospital

31.Salam Doktor

32. Bioloji Təbabət Klinikası (Masallı rayonu)

33. Real Hospital

34. Turan Hospital

35. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Mərkəzi filial)

36. Dünyagöz

37. Regional Hospital (Mingəçevir şəhəri)

38. Səhhət Azərbaycan-Almaniya Klinikası

39. Spero Hospital (Dobromed)

40. Milan Hospital

41. Referans Qəbələ Tibb Mərkəzi

42. Celamig Göz Klinikası

43. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Əhmədli filialı)

44. Funda Hospital

45. Fonus Eşitmə Mərkəzi

46. Bona Dea Beynəlxalq Hospital

47. Unikal Klinika (Sumqayıt şəhəri)

48. İstanbul Klinika

49. Liman Klinika (Sumqayıt şəhəri)

50. Briz-L Göz Klinikası

51. MasMedical Center Referans (Masallı rayonu)

52. Premium Clinic

53. Bakı Göz Klinikası

55. Asmed Klinikası

55. Amana Clinic

56. DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı

57. Modern Hospital

58. Xəzər Klinikası

59. Mərkəzi Gömrük Hospitalı

60. Tovuz Tibb Mərkəzi

61. Medican Hospital (Lənkəran rayonu)

62. İnci Laboratoriyaları

63. Sədəf Müalicə-Diaqnostika Mərkəzi

64. Memorial Klinik

65. N.Tusi adına Klinika

66. “Muğan Klinika” Tibbi Diaqnostika Mərkəzi (Sabirabad rayonu)

67. Loğman Klinika

68. National Prime Hospital

69. Sağlam Həyat (Gəncə şəhəri)