Həftədə 50 saat işləyən insanın psixikası pozulur - İnsult, diabet, xərçəng...

 02:41 20.07.2022     146

Müxtəlif ölkələrin alimləri insanın həftədə neçə saat işə dözümlü olduğunu araşdırıb.

Redaktor.az bakupost-a istinadən xəbər verir ki, Stenford universitetinin alimləri tədqiqatlarında insanın həftədə 40 saatdan artıq işləməsinin sağlamlıq üçün zərərli olduğunu sübut edib.

Belə ki, 45-50 saat işlədikdə insanın əmək məhsuldarlığı və psixi, fiziki sağlamlıq göstəriciləri aşağı düşür.
55 saatlıq iş isə ümumiyyətlə sıfıra endirir.

Amma elə işlər var ki, 40 saat da insan üçün çoxdur.

Avstaliya və İsveç dövləti həftəlik iş saatının 35-ə endirilməsi barədə düşünür.
Normadan artıq işləyən insanın psixikası pozulur, onda depressiya inkişaf edir.

Gələcəkdə bu insult, infarkt, diabet, hətta xərçəng deməkdir.

İnsanın işini nə dərəcədə sevməsi və işə ürəkli-ürəksiz, könüllü gedib-getməməsinin də önəmi böyükdür.