Səhiyyə naziri də rəsmi görüşdə maska taxdı 

 12:17 20.07.2022     445

Səhiyyə Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüş keçirilib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, tədbirdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.

Səhiyyə naziri Teymur Musayev Azərbaycanla Pakistan arasında əlaqələrin dərin köklərə malik olduğunu qeyd olunub.

Nazir iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb: “Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində Pakistan ilə əməkdaşlığımız beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır”.

Nazir bildirib ki, ölkələrimiz arasında səhiyyə sahəsi və tibb elminə dair memorandum imzalanmasa da sıx əməkdaşlıq mövcuddur: “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrimiz Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Birgə Komissiyanın Protokolunun müddəalarına uyğun olaraq həyata keçirilir. Sonuncu Komissiyanın Protokoluna əsasən Azərbaycan tərəfindən səhiyyə sahəsində əməkdaşlıq üzrə işçi qrup müəyyən edilmiş və bu barədə həmsədr quruma məlumat verilib. Eləcə də cari ilin iyun ayında Pakistanın yeni təyin edilmiş səhiyyə nazirinə diplomatik kanallarla təbrik məktubu göndərilib”.

Çıxışının sonunda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində Bilal Hayee vurğulayıb ki, Azərbaycan Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkədir.

Çıxışı zamanı səfir bildirib ki, hazırda 25 pakistanlı tələb Azərbaycan Tibb Universitetində (ATU) ali tibbi təhsil alırlar.arşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları, nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.