“İnsanlar hökumətin qərarını gözləmədən koronavirusdan qorunmalıdırlar” – Deputat

 18:15 22.07.2022     339

Xəbər verdiyimiz kimi, Operativ Qərargahın son statistikasına görə, ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, COVID-19 test nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Bəs bu şəraitdə insanlar hansı karantin qaydalarına əməl etməlidirlər? 

Mövzu ilə bağlı Redaktor.az–a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirdi ki, qapalı və insanların çoxluq təşkil etdiyi ərazilərdə maska istifadə etmək olduqca vacibdir: 

“Qapalı və insanların kütləvi halda toplaşdığı yerlərdə -marketlərdə, böyük alış-veriş məkanlarında insanlar maska taxırlar, bu adi bir şeydir. Bu virus hava damcı üsulu ilə yayılır.

Operativ Qərargah maska ilə bağlı hələ ciddi bir qayda ortaya qoymasa da, insanlar buna özləri əməl etməlidirlər ki, özlərini qorusunlar. Biz özümüzlə yanaşı ətrafımızı və sevdiklərimizi də qoruyuruq.

Restoranlarda limit götürülüb, bu gün bütün kinoteatrlar fəaliyyət göstərir. Xeyir-şər mərasimləri olur, hər kəs bir-biri ilə təmasda olur. Bu tədbirlərdə heç covid pasportları yoxlanılmır.

İnsanlar hökumətin qərarını gözləmədən özlərini koronavirusdan qorumalıdırlar. Prezidentimizin də dediyi kim biz birlikdə güclüyük".

Nərmin Vüqarqızı