Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan etdi

 19:00 23.07.2022     396

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus meymunçiçəyi xəstəliyi ilə bağlı beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət elan edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, o, müvafiq qərarın qəbul edildiyini şənbə günü keçirdiyi brifinqdə açıqlayıb.

ÜST rəhbərinin sözlərinə görə, epidemiya hazırda riskin yüksək olduğu Avropa istisna olmaqla, bütün dünyada orta risk yaradır.

Məlumata görə, indiyədək dünyada 16 mindən çox meymunçiçəyinə yoluxma halı müəyyən edilib.