Azərbaycan aborta görə dünyada birincidir

 14:38 29.07.2022     1405

Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir.

Redaktor.az xəbər verir ki, bunu ekspert Aynur Veysəlova "Azərbaycan mediasında gender həssaslığının artırılması" mövzusunda jurnalistlər üçün keçirilən təlimdə deyib.

O xatırladıb ki, 2021-ci ilin statistikasına əsasən Azərbaycanda 100 qıza 115 oğlan düşür:

"Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi, Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Nəzərə almaq lazımdır ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir".