Türkiyəli nazir ölkədə meymunçiçəyinə yoluxma ilə bağlı vəziyyəti açıqladı

 14:14 02.08.2022     343

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə meymunçiçəyinə yoluxma sayının getdikcə artdığını açıqlayıb.

Redaktor.az "Haber Global“a istinadən xəbər verir ki, meymunçiçəyi virusuna beş yoluxma aşkar edilib

" 5 nəfərdə meymunçiçəyi aşkar edilib, onlardan dörd nəfər sağalıb, bir nəfərin isə müalicəsi davam edir. Onun səhhəti yaxşıdır”, - deyə Türkiyənin səhiyyə naziri vurğulayıb.

F.Qoca meymunçiçəyinin Türkiyə üçün endemik risk və ya qlobal pandemiya riski yaratmadığını bəyan edib.