157 uşaq bu xəstəlikdən öldü

 22:21 16.08.2022     405

Zimbabvedə qızılca xəstəliyi 157 uşağın ölümünə səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

Bildirilib ki, ölənlərin sayı bir neçə gün ərzində iki dəfə artıb. Xəstəliyə yoluxanların sayı isə dörd gündə 1036-dan 2056-ya yüksəlib.

Məlumata görə, əsasən uşaqlar qızılca xəstəliyinə yoluxur. Əksər uşağın qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən