Ölkəmizdə işlənmiş maska satılır - Şok iddia
“Azərbaycana başqa ölkələrdən ikinci əl tibbi maskalar gətirib satırlar”.
Redaktor.az xəbər verir ki, bunu "modern.az"a açıqlamasında Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva bildirib. Onun sözlərinə görə, xaricdən məhsul gətirilməsi yerli istehsalata mənfi təsir göstərir.

“Maskanın qiymətini “qara bazar”da 4 qəpiyə salıblar. Bu da istehsalatı xilas etmir. Türkiyə və İrandan külli miqdarda maska gətiriblər, həmin maskaları 4 qəpiyə satırlar. Bu səbəbdən bizim istehsalımız artmır. Satış qənaətbəxş deyil. Bizdə istehsalçıya toxunurlar, ancaq “qara bazar”da məhsul satanlara heç nə demirlər. Qoy, onlara qadağa qoysunlar ki, maskanı 7 qəpiyə satın. Görüm, onda yerli bazardan maska almaya bilərlərmi? Başqa ölkələrdən ikinci əl maskalar gətirib satırlar. Bizdən almırlar, çünki bizdən alanda vergi verməli olduqlarını çox yaxşı bilirlər”, - fabrik rəhbəri vurğulayıb.
S.Babayeva ümumilikdə ölkəmizdə tibbi maska istehsalının kəskin azaldığını vurğulayıb.












