Bu ölkədə turist meymunçiçəyindən öldü
Kubada meymunçiçəyi diaqnozu ilə xəstəxanaya yerləşdirilən italyan turist üç gün sonra çoxsaylı orqan zədələnməsindən dünyasını dəyişib.
Redaktor.az xəbər erir ki, bu barədə adanın Səhiyyə Nazirliyi bildirib.
“Bu pasiyentdə xəstəlik ağır formada sürətlə irəlilədi”, - deyə o bildirib.
Həkimlərin fikrincə, ölümün səbəbləri sepsis və çoxsaylı orqan zədələnməsi olub.
Bundan əvvəl xəbər vermişdik ki, Kubada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.












