Mövsümi allergiyalardan özümüzü necə qoruya bilərik?

 12:10 12.09.2022     247

Payızın gəlişi ilə birlikdə allergik xəstəliklərdə artım müşahidə olunur. Yaz-yay aylarının bitməsinə baxmayaraq, öskürək, burundan gələn damcı və ya tıxanıqlıq kimi şikayətlərə rast gəlinir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan allerqoloq Aytəkin Həsənzadə insanların özlərini qoruması üçün bir neçə məsləhətlər verdi.

“Bilirsiniz ki, bəzi bitki növləri artıq tozlanmağa başlayır. Ona görə də yaxşı olar ki, tozcuqların atış saatlarında, yəni erkən saatlarda küçəyə çıxanda maskalardan istifadə etsinlər. Əgər mümkündürsə çıxmasınlar, çıxırlarsa, getdikləri mənzil başında üst geyimlərini ən azından dəyişsinlər.

Eyni zamanda, baş örtüklərindən, maskalardan, eynəklərdən istifadə edə bilərlər. Bununla yanaşı burun duşlarından mütləq şəkildə istifadə etməlidirlər. Bronxial problemlərlə əlaqədar olaraq, yəni dəri problemlərində çox vaxt bu tədbirləri gördükdə o qədər də azalmır, ona görə də yaxşı olar ki, proses irəliləmədən allerqoloqa müraciət etsinlər. Qeyd etdiyim kimi bronxial astma problemlərində həm allerqolik müalicəsi, həm nəzarət, həm də eyni zamanda yuxarıda adı çəkilən qorunma metodlarından istifadə etmək olar", - deyə allerqoloq bildirdi.

Həmidə İbrahimova