Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi - FOTO

 16:06 13.09.2022     170

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

Redaktor.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmrilə bu vəzifəni Hikmət Nağıyev icra edəcək. Bundan əlavə o, Cərrahiyyə xidmətləri üzrə direktor müavini təyin edilib.

Qeyd edək ki, H. Nağıyev 2001-ci ildən bugünədək Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi işləyib. Son 6 ildə xəstəxananın ürək-damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsini icra edib, tibb elmləri üzrə fəlsəfə doktorudur.

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi