TƏBİB Ağstafadakı qəza ilə bağlı məlumat yaydı

 11:46 26.09.2022     438

"Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub".

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib.

"Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, bu gün Ağstafa rayonunda mikroavtobuslar toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Vumart və Güvən reklamı Vumart Güvən