"Epileptik tutma zamanı dişləri açmaq olmaz" - Nevroloqdan XƏBƏRDARLIQ

 01:23 09.10.2022     186

Epilepsiya - əsas əlaməti təkrarlanan və adətən provokasiya olunmayan (refleks epilepsiyalar istisna olmaqla) epilepsiya tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəliklər qrupudur.

Redaktor.az xəbər verir ki, epilepsiya tutması - baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin pozulması, anomal sensor və psixi hissiyyatlar, hərəki (motor) pozuntular, yayılmış tutmalar müşahidə olunur.

İnsanlar artıq xəstəliklə bağlı daha ətraflı məlumata malik olsalar da, yenə də bəzi həkimlərə görə yanlış müalicə üsulunu seçənlər də az deyil. Hətta səhvən illərcə epilepsiya diaqnozu ilə müalicə alırlar.

Epilepsiyanın forması çoxdur.Hər formanın da özünəməxsus tutma forması mövcuddur.

Medicina.az xəbər verir ki, nevroloq Zeynalova Aynur bildirir ki, epileptik tutma zamanı gözlər yuxarı dogru qaçır, açıq və ya yarımaçıq formada olur".

Həkimin sözlərinə görə, tutma zamanı gözlər qapalıdırsa, deməkdir ki epileptik tutma deyil. Həmin növ hal bir neçə saniyədən 3-5 dəq qədər davam edir.

Epileptik status zamanı isə müddət uzanır. Qeyri-epileptik tutma zamanı tutmalar 15-30 dəq daha uzun müddət davam edir. Baş verdikdən sonra yuxu gelir, qeyri-iradi sidik ifrazı baş verir. Qeyri-epileptikdə bunlar baş vermir. Qeyri-epileptik tutmadan sonra aglama bas verə bilər.

Nevroloq, epileptik və ya qeyri-epileptik tutma keçirən birinə ediləcək ilk yardim haqqında məsləhətlər edib.

"Bu zaman ediləcək ən doğru yardım xəstəni yan üstə uzatmaqdır. Sıxılmış dişləri açmaq məsləhət deyil. Nasatir spirti iylətmək məqsədəuyğun deyil"-deyə Z. Aynur bildirib.

Milli.Az