Avropa Asiya Mamaginekoloqlar Dərnəyinin Bakıda I Konqresi keçirildi - FOTO

 20:00 11.10.2022     461

7-8 Oktyabrda Azərbaycan Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə İslahatlar Mərkəzinin dəstəyi ilə Avropa Asiya Mamaginekoloqlar Dərnəyinin Bakıda I Konqresi keçirilib.

Redaktor.az xəbər verir ki, konqresdə Azərbaycandan, həmçinin Türkiyə və Gürcüstandan dəvət olunmuş professorlar; Dos. Dr Xəyalə Təhməzi , Dos. Dr Məlahət Atasevər, Prof. Dr Ateş Karateke, Prof. Dr Dina Kurdiani, Dos. Dr Şəmistan Əliyev, Prof. Dr Fatih Durmuşoğlu, Prof. Dr Cəmilə Qurbanova, Prof. Dr Aydan Biri, TüFD. Dr Kəmalə Heydərova, Dos. Dr Hakan Timur, Prof. Dr Elena Ulrikh, Prof. Dr. Filiz Yavuz, Prof. Dr. İslam Mahalov, Uzm. Dr Önder Tulumbacı, prof. Dr Berna Dilbaz, Dos. Dr Ali Sevən, Dr Shorena Kikvadze, Dr Günel Əfəndiyeva, Dos. Səadət Sultanova, Prof. Dr Korhan Kahraman, Dr Könül Mərdanova iştirak ediblər.

Polşadan, Amerika və Türkiyədən bir sıra həkimlər - Prof. Dr Filiz Yanık, Prof. Dr Süleyman E. Akhan, MD. Dr Özhan Turan, Dr. Aleksandra Strojna, Dos. Dr Cihan Kaya birbaşa canlı olaraq internet üzərindən konqresə qoşulub. Öz biliklərini, araşdırmalarını konqres iştirakçıları ilə bölüşüb.

Konqresin təşkilatçısı, Avropa Asiya Mamaginekoloqlar Dərnəyinin Azərbaycan üzrə Sədri Dos. Dr Xəyalə Təhməzi bildirib ki,  Avropa və Asiya qitələrində fəaliyyət göstərən məsləkdaşlarımızla elmi-praktik təcrübələrimizi paylaşmaq, Azərbaycan elminin inkişafına dəstək olmaq, elmimizin inkişafına dəstək ola biləcək əlaqələr yaratmaq baxımından  bu konqresin keçirilməsi çox böyük əhəmiyyət daşıyır. Elmi məqalələrimizin xaricdə tanınan, məhşur jurnallarda dərc olunması üçün bir sıra fəaliyyətlər aparılır. Bu konqres həmçinin alimlərimizin fəaliyyətinin, həmçinin ölkəmizin elmi, mədəni, xüsusiyyətlərinin xaricdə tanınmasına xidmət edir.

Prof.Dr Filiz Avşar Redaktor.az-a müsahibəsində bildirib ki, Biz Türk Dünyası olaraq qarşılıqlı, interaktiv bu cür toplantıları daha çox keçirməliyik. Biz bu cür toplatıları daha çox, daha böyük formada keçirərsək, gələcəkdə Türk Dünyası ortaq birliyi adı altında Ümumdünya Səhiyyə Təşkilatına və ya ACOG-a (Amerika Ginekologiya və Mamalıq Cəmiyyəti) alternativ yollar quraraq onlarla rəqabət apara biləcək öz sistemimizi yarada bilərik. Buna görə bu konqrenin çox önəmli olduğunu düşünürəm. Azərbaycanla türkiyə arasında texnoloji və təhsil fərqləri ola bilər, ancaq zamanla bu fərqliliklər aradan qalxacaqdır. Çünki biz eyni soydan gəlirik. Sizlər də, bizlər də Oğuz Türküyük. Dil ilə bağlı heç bir problemimiz yoxdur. Konqresdə rahatlıqlar türk dilində çıxışlar edə bilirik.

Prof. Dr. Aydan Biri bildirib ki, nə qədər kitablardan teaorik olaraq oxusaq da, məlumatların əldə olunması günümüzdə çox asan olsa da, praktiki bacarığı öyrətmək, araşdırmaq çox önəmlidir. Genetik Ph.D, Qadın xəstəlikləri və Doğum uzmanı olduğumu bilirsiz. Az öncə “Hamiləlik zamanı invaziv müdaxilələr kimə və hansı vəziyyətlərdə olmalıdır” mövzusunda çıxış etdim. Tibbi ədəbiyyatlar da bu cür yaranır. Pasiyentlərin xəstəliklərinə çarə tapmağa çalışırsınız. Həkim olaraq siz də çalışırsınız, mübarizə aparırsınız ki, pasiyenti sağlamlığına qovuşdurasınız.

Biz də əlimizdən gəldiyi qədər qazandığımız bu bilgi və bacarığı paylaşmağa çalışırıq. Dr Xəyalə Təhməzinin başçılığı ilə təşkil olunan Konqresin bu bilgilərimizi digər ölkələrdən olan həkimlərlə paylaşmağımızda çox önəm daşıyır.

Konqresin ikinci günü, 8 Oktyabr tarixində Dos. Dr Şəmistan Əliyev əməliyyatxanadan birbaşa olaraq canlı yayım edərək konqres iştirakçıları ilə praktik bilgilərini bölüşüb.

Tədbirin sonunda kritik vəziyyətlərdə pasiyetlərin hansı müalicə üsulları ilə sağalacaqları haqqında diskussiya aparılıb.

Konfrandan sonra 9 Oktyabrda Elmi Tətqiqat Mamalıq və Ginekologiya İnstitutunun bazasında həkimlər üçün Kolposkapiya praktiki kursları və dölün vakkum ekstrasiyası kursları da təşkil olunmuşdur. Kursun açılışını Elmi Tətqiqat mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova qonaqları təqdim edərək açılış edib. Tədbir Azərbaycanın gənc həkimləri tərəfindən böyük maraqla qarşılanıb.

Lalə Cəbrayıl,
Xüsusi olaraq Redaktor.az üçün

 

2222222222