Apteklərdə “Nurofen” niyə yoxdur? - AÇIQLAMA
Apteklərdə "Nurofen" dərmanlarının çatışmazlığı məsələsinə aydınlıq gətirilib.
Redaktor.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, "Nurofen"in idxalı üçün sentyabrın 22-23-də müraciət olunub.
"Problem yaxın zamanda öz həllini tapacaq", - açıqlamada deyilib.
Həmçinin qeyd olunub ki, apteklərin dərman vasitələri ilə təminatı nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aiddir: “Ölkəyə dərman vasitələrinin idxalı, gətirilməsi özəl idxalçı şirkətlər tərəfindən həyata keçirilir. Odur ki, problemin hansı ölkə ilə bağlı olduğu barədə heç bir şərh verə bilmərik”.












