“Uşaqların ayaqlarının əyriliyinə görə edilən masajın həmin problemin həllinə faydası yoxdur” - Pediatr

 18:18 12.10.2022     426

“Uşaqların ayaqlarının əyriliyinə görə edilən masajın həmin problemin həllinə faydası yoxdur”.

Redaktor.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, kimsə masaj etdirə bilər və yaxşı nəticə alması fərdi nəticədir.

“Lakin elmi təbabətdə masajın müsbət təsiri deyə bir anlayış yoxdur. Ayaq əyriliyə ilə bağlı mütləq şəkildə ortopedə müraciət edilməli, lazım gələrsə müalicə təyin edilə bilər. Yaxud da zamanla əyrilik öz-özünə düzələ bilər”, - deyə pediatr qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən