Azərbaycanda möcüzə - Ölü dirildi

 21:25 17.10.2022     677

Ürəyinə damar tıxanması səbəbindən bir neçə stend qoyulan 50 yaşlı Bərdə sakini iki gündən sonra müayinə üçün yenidən əməliyyat olunduğu xəstəxanaya aparılıb.

Redaktor.az Moderator.az-a istinadən xəbər verir ki, həkimlər əvvəlcə hər şeyin qaydasında olduğunu deyib və onun Bakıdan Bərdəyə qayıtmasına icazə verilib.

Pilləkənlərlə aşağı düşərkən xəstənin halı qəflətən pisləşib və təkrarən qolundan tutub həkimlərin kabinetinə çatdırsalar da, həkimlər onun artıq dünyasını dəyişdiyini bildiriblər.

Beləliklə, Bərdəyə həmin şəxsin ölüm xəbəri verilib və "cənazə"ni təcili yardım maşını ilə rayona aparıblar. Rayonda yas çadırı qurulub və məzar yeri qazılıb. Birdən möcüzə baş verib,  Yolda silkələnmədən və ya hansısa naməlum səbəbdən "meyit" dirilib və "məni hara aparırsınız" sualı verərək hamını şoka salıb.

Beləliklə, xəstəni Bərdə rayonuna aparıblar və dəvət olunmuş həkimlər - kardioloq və nevropatoloq onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Qeyd edək ki, xəstənin adı-soyadı və olayın paytaxtın hansı xəstəxanasında yaşandığı barədə Moderator.az-da dəqiq məlumat var.

Ümid edirik ki, Səhiyyə Nazirliyi məsələyə reaksiya verəcək və yalnız bundan sonra oxucularımıza əlavə maraqlı məlumatlar verəcəyik.

Vumart və Güvən reklamı Vumart Güvən