Koronavirusun 80 faiz ölümcül olan mutasiyası yaradıldı

 18:15 18.10.2022     488

ABŞ-ın Boston Universitetinin alimləri laboratoriyada koronovirusun çox ölümcül yeni variantını yaradıblar.

Redaktor.az "Daily Mail"ə istinadla xəbər verir ki, COVID-19-un nə qədər ölümcül ola biləcəyini görmək istəyən tədqiqatçılar siçanların 80 faizini öldürən “Omikron” və orijinal “Uahan” ştammını birləşdirən hibrid koronavirusunu hazırlayıblar.

Hadisə virusla manipulyasiya tədqiqatının nə qədər təhlükəli ola biləcəyini ortaya qoyub. Bir çox fərqli tədqiqatçı ABŞ-da aparılan araşdırmaya reaksiya verib.

Araşdırmanı tənqid edən İsrail hökumətinin aparıcı elm adamlarından olan, professor Şmuel Şapira bildirib ki, bu tip işlərə tamamilə qadağa qoyulmalıdır, onlar odla oynayırlar.

Digər tərəfdən, daha əvvəl pandemiyaya səbəb olan yeni növ koronovirusun laboratoriyada istehsal olunduğuna dair bir çox nəzəriyyələr irəli sürülüb.

Əlavə edək ki, Uahan şəhərindən bir neçə kilometr aralıda yerləşən Çin laboratoriyası da  yarasalar üzərində oxşar araşdırma aparıb.

Rutgers Universitetinin kimyaçısı Riçard Ebrayt isə Boston Universitetindəki işi müdafiə edib:

“Koronavirusun necə inkişaf edəcəyini görmək üçün araşdırmalar çox vacibdir”, - deyə vurğulayıb