Demensiyanı 8 il əvvəldən təyin edən metod tapıldı

 01:33 23.10.2022     201

Alimlər demensiyanı 8-9 il əvvəldən təyin etməyə imkan verən metod və simptomlar aşkarlayıb.

Redaktor.az xəbər verir ki, Britaniya alimləri yeni elmi işlərinin nəticəsini ortaya qoyub.

Kembric universitetinin neyrobioloqları bildirir ki, beynin işinin pozulmasının ilkin əlamətlərini 8-9 il əvvəldən görmək olur.

Onlar Britaniyanın Biobankda olan 40-70 yaş arası 500 min insanın genetik informasiya bazasını təhlil edib.
Burda həmin insanların koqnitiv vəziyyəti, bu illər ərzində kordinasiyanı itirib neçə dəfə yıxılması halları da qeyd olunub.

500 min insandan 7600 nəfərində demensiya əmələ gəlib.
Bu insanlar diaqnoz qoyulmazdan illər öncə il ərzində bir neçə dəfə yıxılıb, səntələyib.

"Biz xəstələrin tarixçəsini öyrənəndə, məlum oldu ki, onlarda hələ 8 il əvvəl koqnitiv pozulmalar müşahidə olunub. Elə bu əlamətlərə görə, onlara elə o vaxt diaqnoz qoymaq olardı.
Belə pozulmalar adətən 5-6-7 il əvvəldən başlayır".

Qeyd edək ki, demensiya bir simptomlar qrupunu təsvir etmək üçün istifadə edilən termindir. Bu simptomlara yaddaşın zəifləməsi, ünsiyyət problemləri ilə birgə səbəb-nəticə, düşünmək bacarıqlarının azalması daxildir. Bu simptomlara müxtəlif faktorlar və xəstəliklər səbəb ola bilər. Demensiyanın bir çox əlamətləri var və inkişaf riski yaşla bir yerdə dramatik şəkildə artır. Demensiyanın proqressiv inkişaf etməsinə baxmayaraq, hər insan özünə məxsus şəkildə bu halı yaşayır.

Demensiyanın simptomları

  • Yaddaşın itirilməsi – dükandan evə gələn yolu unutma və ya yaxşı bilinən yolu xatırlamamaq;

  • Adları və yerləri xatırlaya bilməmək;

  • Danışmaq, oxumaq, yazmaq qabiliyyətlərinin azalması;

  • Emosianal dəyişikliklər – xüsusi ilə beyinin emosiyalara nəzarət edən hissəsinin zədələnməsi olanlarda. Demensiyalı insanlar da qorxu, kədər, qəzəb, sevinc hisslərini yaşaya bilirlər;

  • Sonrakı vaxtlarda əlamətlər şəxsi problemlər daşıyır və getdikcə başqalarından asılı vəziyətə düşürlər.