Tanınmış həkim oturaq vəziyyətdə çox qalmağın zərərlərini AÇIQLADI

 15:13 24.10.2022     731

Uzun müddət oturaq həyat müasir dövrün ciddi problemlərindən biridir. Xüsusilə iş həyatında günün yarısını kompüter arxasında keçirənlər üçün ciddi fəsadlar yaradır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan tanınmış nevropatoloq Qalib Əsədov bildirdi ki, uzun müddət oturaq, hərəkətsiz qalmaq ilk növbədə onurğa xəstəlikləri yaradır:

“Onurğa fəqərələrinin arasında qığırdaq diski var, qığırdaq diskdə qan dövranı pozulduğu üçün o sərtləşir, bərkləşir, sıxılır və camaat arasında radikulit, osteoxondroz adlanan fəsadın yaranmasına gətirib çıxarır. Daha sonra durğunluq əmələ gəlir və qan dövranı sistemində ayaqlarda, venalarda şişkinlik, varikoz genəlmək, babasil kimi xəstəliklərin yaranmasına səbəb olur".

Nevropatoloq əlavə etdi ki, oturaq həyat keçirənlərdə ümumiyyətlə, bir vəziyyətdə olduqları üçün əzələ ağrılarına tez-tez rast gəlinir.

"Əgər komputer arxasında oturursa, əlbəttdə gözlərinə ziyandır və görmə qabiliyyətinə təsir edir. Ona görə də məsləhətdir ki, hər 30-45 dəqiqədən bir ayağa durub yüngül gimnastik və onurğanın hərəkətlərini düzəltmək üçün egzersiz hərəkətlər etsinlər", - deyə Q.Əsədov bildirdi.

Həmidə İbrahimova 

Vumart və Güvən reklamı Vumart Güvən