Gələn il üçün icbari tibbi sığorta fonduna ayrılan vəsait BİLİNDİ

 11:12 25.10.2022     99

Azərbaycanda gələn il üçün icbari tibbi sığorta fonduna ayrılan vəsait məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Qeyd olunub ki, gələn il icbari tibbi sığorta fonduna 1 milyard 263 milyon 820 min 170 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Qeyd edək ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.