İspanağın əzələ böyütdüyü sübut olundu

 01:15 04.11.2022     173

Məşhur Disney qəhrəmanı güclənmək üçün ispanaq yeyəndə çoxları gülürdü ki, ispanaqla əzələ şişər?

Redaktor.az xəbər verir ki, Avstaliya alimləri əslində bunun doğru olduğunu sübut edib.

Onlar ispanaq, pekin kələmi və salat yarpaqlarının əzələ funksiyasının yaxşılaşmasında rolunu araşdırıb.

Yaşıl yarpaqlı göyərtilərdə olan nitratlar orqanizmdə oksid azota çevrilir, bu da damarları genişləndirir, qanda oksigeni artırır, tromb əmələ gəlməsinin qarşısını alır.

Alimlər 3,7 min avstaliyalı üzərində 12 il ərzində müşahidə aparıb.

Məlum olub ki, nitratlarla zəngin qidalar yeyir, onlarda əzələ gücü 11% daha yüksək olub, nəinki yaşıl yarpaqlı qidalar yeməyənlərdə.

İspanaq və kahı sevənlərin yerişinin də sürəti və gücü daha çox olub.

Alimlər bütün iştirakçıların fiziki aktivliyini qiymətləndirib, məlum olub ki, insanın idmanla məşğul olub olmamasından asılı olmayaraq, müntəzəm ispanaq yeyənlərdə əzələlər böyüyür və güclənir.

Çünki bu qidalar əzələ toxumasına oksigen təminatını artırır.

Gündə bir fincan, yəni 100 qram ispanaq, kahı qəbul etmək kifayətdir ki, ürək-damar və dayaq-hərəkər sistemi üçün böyük fayda əldə edəsiz.