Komada olan qadın dünyaya uşaq gətirdi

 02:15 05.11.2022     147

Hindistanda hamilə ikən qəzaya düşən 23 yaşlı qadın yeddi ay sonra sağlam uşaq dünyaya gətirib.

Redaktor.az xəbər verir ki, beynində beş əməliyyat keçirən xəstə sağ qalsa da, komaya düşüb.

Müayinə zamanı qadının bətnindəki uşağın sağ olduğu üzə çıxıb. Zərərçəkənin əri bunu biləndən sonra hamiləliyin davam etməsi barədə qərara gəlib.

Yeddi ay sonra uşaq dünyaya gəlib, ancaq qadın hələ də komadan ayılmayıb.