Analiz nümunələri nə üçün özəl klinikalarda yoxlanılır? - RƏSMİ AÇIQLAMA

 16:12 14.11.2022     992

İcbari Tibbi Siğortaya müraciət edən xəstələrin test nümunələri nəticələrin öyrənilməsi üçün bəzən özəl klinikalara göndərilir.

Fakt olaraq, hepatit və xərçəng markerlərinin analiz nəticələrinin öyrənilməsi üçün analiz nümunələri Binəqədi Tibb Mərkəzindən “Referans” klinikasına göndərilir.

Maraqlıdır, nə üçün analiz nümunələri özəl klinikalara göndərilir? Hər hansı bir dövlət klinikasında bu xidmətlər yoxdurmu? Varsa, nə üçün dövlətə yox, özəl klinikaya göndərilir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, analiz nümunələrinin yoxlanılması həm dövlət, həm də özəl tibb müəssisələrinə göndərilə bilər.

“TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində laborator xidmətlərlə bağlı analiz nümunələrinin yoxlanılması müvafiq tibb müəssisəsində mümkün olmadıqda ərazi üzrə laborator imkanları geniş, təkmilləşdirilmiş istənilən dövlət tibb müəssisəsinə və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birinə göndərilə bilər.

Eyni zamanda Binəqədi Tibb Mərkəzində də qeyd olunan prinsip əsas götürülərək hepatit və xərçənglə bağlı analiz nümunələrinin nəticələrinin operativ olaraq əldə edilməsi üçün ərazi üzrə daha yaxın olan Agentliyin müqavilə bağladığı “Referans” Klinik Laboratoriya Mərkəzinə yönləndirilib”, - deyə qurumdan bildirildi. 

Nərmin VÜQARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən