Bədəndə xolesterin çoxluğunun ilk əlaməti – budlarda görünür

 00:17 29.11.2022     529

Damarlarda xolesterin yığılması ilk mərhələdə özünü ciddi simptomlarla göstərmir.

Redaktor.az xəbər verir ki, periferik arteriyaların xəstəliyi ilk növbədə özünü bud arxasında göstərir.

Bu zaman sizin əl və ya ayaqlarınız yetəri qədər qan almır, ürək qanı yuxarı və aşağı az vurur, ona görə bu hissədə arteriyalar daha çox tıxanır.

İlkin simptomlar ayaqlarda, bud hissəsə ağrı, sıxılma, qıcolma, keyimə, ağırlıq və tez yorulma ola bilər.

Gəzərkən çanaq, yan, bud və baldırda yayılmış ağrı artıq periferik arteriyaların zədələndiyini göstərir.

Bəzi hallarda insan sakit halda da bu nahiyələrdə ağrı hiss edir.

Əl-ayaqda yaraların, kəsiklərin çox gec sağalması, qanqrena, soyuqlaşma, rənginin itməsi artıq ciddi dərəcədən xəbər verir.

Bu zaman xəstəxanaya, həkimə getməlisiz (medicina.az).