QİÇS-in daha çox yayıldığı bölgələr açıqlandı

 11:24 01.12.2022     336

QİÇS xəstələrinə daha çox Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax rayonlarında rast gəlinir.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib.

O qeyd edib ki, Bakıda isə hər 10 min nəfərdən 7,9 faizi bu xəstəliyə yoluxur: "Bu kifayət qədər yüksək göstəricidir. Yoluxma mənbəyi ərazi olaraq qiymətləndirilir. Bölgələrdə xəstəliyin aşkar edilməsi istiqamətdə labaratoriyalarımız mövcuddur. Belə ki, xəstəliyə yoluxma ehtimalı olan insanlar müəyyən olunur və müalicəsi aparılır".