Koronavirus peyvəndi əvəzinə minlərlə insana duzlu su vurulub

 12:15 03.12.2022     724

Almaniyada 8600-ə yaxın xəstəyə koronavirus peyvəndi əvəzinə duz və su vuran saxta tibb bacısı ilə bağlı məhkəmənin qərarı müzakirələrə səbəb olub.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, 39 yaşlı tibb bacısı Antje T.-nin Almaniyada etdiyi hərəkətlər ölkə gündəmini zəbt edib.

Məlumata görə, tibb bacısı 5 mart və aprel 2021-ci il tarixləri arasında əsasən xəstəxana işçiləri, təhsil işçiləri və yaşı 70-dən yuxarı olan həkimlər olmaqla təxminən 8000 xəstəyə "BioNTech Pfizer" peyvəndi əvəzinə duzlu su vurub.

Hadisənin üstü açıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan Antje T. həbs edilib və 6 ay sınaq müddətinə azadlıqdan məhrum edilib.

Qeyd olunur ki, ictimaiyyət bu qərara sərt reaksiya verib və işə yenidən baxılmasını istəyib.

Həmidə İbrahimova

 

Vumart və Güvən reklamı Vumart Güvən