İlon Mask insan beyninə çip yerləşdirilməsi sınaqları aparır

 02:34 07.12.2022     111

ABŞ-də İlon Maskın beyin çipi hazırlayan “Neuralink” şirkətində yoxlamalar aparılır.

Redaktor.az xəbər verir ki, “Neuralink” şirkətində meymunun beyninə neyroimplant yerləşdirilməsi üzrə elmi sınaqlar keçirilib. Amma çox meymunlar bu sınaqlarda ölüb.

"Neuralink” şirkətinin işçiləri də heyvanların üzərində aparılan sınaqlardan narazıdır.

Bu sınaqların uğursuz və təhlükəli olduğu barədə məlumat verilib.

İlon Mask deyib ki, 6 aydan sonra beyin çipi şirkəti "Neuralink" çipləri insanlar üzərində sınaqdan keçirməyə başlaya biləcək.

Sahibkarın sözlərinə görə, işçilər cihazı insan orqanizminə daxil etməzdən əvvəl onun düzgün işləyəcəyinə əmin olmalıdırlar.

"Biz sənədlərimizin çoxunu ABŞ Qida və Dərman İdarəsinə göndərmişik və yəqin ki, təxminən altı aydan sonra "Neuralink"i insana implantasiya edə biləcəyik", - Mask qeyd edib.

2016-cı ildə İlon Mask tərəfindən qurulan "Neuralink" şirkətinin yaratdığı beyin çipləri əslində ilk dəfə edilən bir araşdırma deyil. Belə ki, 1960-cı illərdən bəri bu mövzuda çoxlu araşdırmalar var. Beyindəki fəaliyyətləri izləmək və onları xüsusi əmrlərə çevirmək üçün bu mövzuda ilk araşdırmalar meymunlar üzərində aparılıb. Bugünkü beyin çipləri ilə bağlı araşdırmalar 1970-ci illərin əvvəllərində ortaya çıxan "beyin-maşın interfeysi" termini ilə ifadə edilir (medicina.az).