Naftalan vannasının bu ağrılara faydası yoxdur- Həkim

 01:11 08.12.2022     741

Azərbaycanın müalicəvi palçığı olan Naftalanın diz, oynaq ağrılarına dərman olması fikri təsdiqlənmədi.

Redaktor.az xəbər verir ki, daxili xəstəliklər və revmatologiya uzmanı Sarvan Ağamuradov oynaqlarda iltihabi proseslər zamanı Naftalan vannalarının faydasız olduğunu açıqlayıb.

“Oynaqlarda şişkinlik, qızarma, istilik var və ora bir daha istilik verirsənsə, xəstəliyin kəskinləşməsi baş verə bilər?

Artrozda isə Naftalan vannası qəbulu birmənalı deyi. Ciddi bir göstəriş və ya əks göstəriş yoxdur. Bəzi xəstələr qısamüddətli də olsa, xeyrini görə bilər.

Bəzən xəstələr revmatizmlə artrozu səhv salır.

Ümumiyyətlə, təkcə revmatizm adında bir xəstəlik yoxdur. Bu sovet dövründən oynaq iltihabi xəstəliklərinin ümumi el içində verilmiş addır.

Bu xəstəlik kəskin revmatizmal qızdırmadır. Uşaq vaxtı keçirdiyimiz streptakokk mənşəli boğaz infeksiyası sonrasında bədəndəki mikroba qarşı yaranmış anticisimlərin çarpaz reaksiyası səbəbi ilə oynaqlarda və ürək toxumalarında iltihab yaranır.

Oynaqlardakı ağrı keçicidir, oynaqda xroniki dəyişiklik getmir, deformasiyalar yaranmır.

Revmatoid artrit isə yaranmasında streptokok mənşəli infeksiya rol oynamayan, müalicəsində heç vaxt antibiotik istifadə olunmayan, oynaqlarda uzunmüddətli, xroniki, ağır, deformasıyalara səbəb ola bilən iltihabi xəstəlikdir. Uşaq vaxtı kəskin revmatizma qızdırma keçirənlərdə böyüyəndə revmatoid artrit yaranmır” (medicina.az).