3 ayda 20 uşağın durduğu yerdə ölməsi qırmızı işıqdır - Psixoloqdan çağırış

 02:15 17.12.2022     225

"Son 3 ayda 20-dən çox tələbə və məktəbli durduğu yerdə, çoxu da dərs zamanı ölüb. Bu barədə Səhiyyə nazirliyi və TƏBİB ekspertləri danışmalıdır, amma onlar susduğu üçün mən valideynlərə çağırış etmək istəyirəm".

Redaktor.az  xəbər verir ki, psixoloq Nizami Orucov qəfil uşaq ölümlərinin səbəbindən danışıb.

“Uşaqlarınızı vaxtında həkimlərə aparın, qabaqlayıcı tədbirlər görün, çek-aplardan keçirin. Əgər ailədə nəsildə genetic ötürülən, epilepsiya, ürək xəstəlikləri varsa, vaxtında uşaqları yoxladın. Xüsusilə kardioloqlardan. 3 ayda Azərbaycanda 20-ə yaxın uşağın ölməsi qırmızı işıqdır, artıq təhlükə siqnalıdır.

Dövlət, səhiyyə qurumları tədbirlər görməlidir. Amma uşaq deyirsə ki, ürəyim sancır, nəfəsim sıxılır, özünü narahat hiss edirsə, bunu nanəli çayla həll etməyin.

Vaxtında həkimə götürün ki, sabah belə qəfil faciə ilə üzləşməyəsiz” (bakupost.az).