Yeni ildə ananas yeyin – Təzyiqi salır

 03:22 17.12.2022     259

Ananas subtropik meyvəsi maqniy və kaliylə zəngindir. O, ürək-damarlar üçün çox faydalıdır.

Redaktor.az xəbər verir ki, həkim dietoloq Ancelika Düval yeni ildə ananas yeməyi hər kəsə tövsiyə edib.

“Çox süfrələrdə yeni il günlərində ağır yeməklər, mayonezli salatlar, şirniyyat olur. Bu yeməklərdən sonra yaşlı və xroniki xəstəliyi olan insanlarda təzyiq oynaması baş verir.

Məhz ananas təzyiq yüksəlməsi və bədəndə ödemlə mübarizə aparır, həzmi sürətləndirir, bağırsaqları tez boşaldır, artıq çəkiyə imkan vermir.

Hipertoniklərə bu günlərdə hər gün ananas dilimləri yeməyi tövsiyə edirik.

Bu meyvədə olan bromelayn orqanizmdə ferment rolunu oynayır, ağır qidalar tez həzm olur.

Ananas qanı durulaşdırır, pis xolesterini çıxarır, damarları təmizləyir.

Ananasda vitamin C çoxdur, bu da immunitet üçün vacibdir.

Ananası təzə yemək lazımdır, konservləşdirilmişi məsləhət deyil” (bakupost.az).