Qanında yağlanma olanlar gündə 2 dəfə yesin - Həkim anestezioloq

 02:38 18.12.2022     1008

"Necə ki, dəri altına, qarına piy yığılır, qan da piylənir. Qanın piylənməsi hiperxolesterinemiya adlanır. Yəni qanda xolesterinin artması. Qanın piylənməsinin nəticəsi damarların getdikcə tutulmasıdı. Bu isə hipertenziya, miokard infarktı, insult və digər problemlər yaradacaq".

Redaktor.az xəbər verir ki, anestezioloq-reanimatoloq Şahin Məmmədov bu barədə danışıb.

“Vaxtında başlasanız, digər dərmanlara ehtiyac qalmaz. Qanı piylənmiş adamlar gündə 2 dəfə qidalanmalıdır.

Ümumiyyətlə, bütün insanlar gündə cəmi 2 dəfə qidalanmalıdır. Ən rahat metod səhər yeməyini günorta 12-yə qədər yubadın. Axşam yeməyi də 20:00-da bitsin. Bu rejimlə yeməklərin arasında 16 saat müddət əmələ gəlir ki, bu dövrdə qan piyinin əriməsi üçün şərait yaranır. Arada atışdırma etmək olmaz. Su içməyi isə artırın.

Çətin olacaq əvvəlcə. Amma 1 həftəyə öyrəşəcəksiz. Artıq çəkiləriniz də gedəcək.

Şiriniyyat və çörəyi də çıxarsanız, əla nəticə alacaqsız"

 

Vumart və Güvən reklamı Vumart Güvən