Pomidor, qatıq, dovğa, yarpaq dolması, göbələk yeməyin – Azərbaycalı həkimdən qadağa

 01:27 22.12.2022     169

"Azərbaycanda insanlar yeməkləri çox qarışdırır. Köp, qıcqırma çoxdur. Mən dəfələrlə demişəm ki, qatıq belə köp verə bilər".

Redaktor.az xəbər verir ki, bu sözləri məşhur həkim Seyfəddin Əsəd deyib.

Həkimin sadaladığı qidaların əksəriyyəti Azərbaycanda populyar yeməklərdir.

“Pomidor, turşu, tomatlı yemək, qatıq yeməyin, əgər yeyirsizsə, həmin günün təzə ev qatığını yeyin, yarpaq dolması, göbələk, dovğa yeməyin. Bunlar həzmə getməyənlərdir.

Əgər hardasa yemək yeyəndə köp yaranıbsa, bir çay qaşığı sodanı həll edib, qəbul edin. Müalicə məqsədilə isə kartof şirəsi için”.

Qeyd edək ki, bundan öncə də saytımıza açıqlamasında Seyfəddin Əsəd dovğanın düzgün bişirilmədiyini və zərərli olduğunu bildirmişdi (bakupost.az).