İsti şorba içənləri gözləyən təhlükə - Xərçəng riski var

 02:15 22.12.2022     169

"İsti yemək, şorba və içkilər yeyilmədən öncə bir qədər soyudulmalıdır, qaynar halda yemək düzgün deyil”.

Redaktor.az xəbər verir ki, dietoloq həkim Vasilisa Panomoryova çox qaynar şorbaların qida borusu və qırtlaq xərçəngi yarada biləcəyini açıqlayıb.

“Qışda çox adam isti yemək yeməyə can atır. Bu sanki bədəni daxildən isitmə vasitəsidir. Amma belə yeməkləri qəbul etməzdən əvvəl bir qədər soyudun. İlıq hala gətirin.

Qaynar içki və yemək qida borusu selikli qişasının yanıqlarına və zədələnməsinə səbəb olur. Nəticədə xroniki iltihab baş verir.

Əgər bu vərdiş uzun illər davamlı olunsa, orda atopik hüceyrələrin yaranmasına və xərçəngə səbəb olur. Qida borusunu qaynar mayelərlə zədələməyin gələcəkdə xərçəngə səbəb olması barədə çoxsaylı elmi araşdırmalar aparılıb. Qidanın hərarəti vacibdir. Qastroenteroloqlar 50 dərəcədən yuxarı olmamalıdır. Yeməzdən əvvəl 6-7 dəqiqə gözləyin” (bakupost.az).