Türk alimlər xərçəngin yeni müalicəsini tapdı

 01:27 06.01.2023     319

Türkiyənin 5 universitetinin həkim və mühəndisləri xərçəng xəstələrinin müalicəsinin fərdiləşdirilməsini və kimyəvi maddələrdən istifadə etmədən hüceyrələrin sağlamlığı haqqında məlumat əldə etməyə imkan verəcək görüntüləmə texnikası hazırlayıblar. Yeni üsul tibbi ədəbiyyata daxil edilib.

Redaktor.az xəbər verir ki, 4 il davam edən tədqiqatlar nəticəsində kimyəvi maddələrdən istifadə etmədən hüceyrələrdə xərçəng olub-olmaması barədə məlumat verəcək görüntüləmə texnikası tətbiq edilib.

Gələcəkdə parazitologiya, mikrobiologiya, mikologiya, qan xəstəlikləri, qida patogenləri və əczaçılıq sənayesi kimi bir çox sahələrdə istifadə olunacağı proqnozlaşdırılan yeni üsul mühüm elmi iş hesab edilir (medicina.az).