Araq içənlərdə 5 cür xərçəng yarana bilər

 01:09 07.01.2023     348

Alkoqollu içkilər 10-15 il ərzində mütəmadi içildikdə 5 növ xərçəng riskini artırır. Bu daha çox kişilərdə rast gəlinir.

Redaktor.az xəbər verir ki, onkoloq Andrey Vorobyev alkoqolun DNT-ni dəyişdiyini bildirib.

Alkoqol içildikdən sonra orqanizmdə zərərli maddələrə parçalanır, xərçəng ehtimalını dəfələrlə artırır.

Xüsusən bu içkilərdə olan asetaldegid hüceyrələrdə toplanaraq, daxildən dağıdıcı təsir edir. Zədələnmiş hüceyrələr isə artıq bədxassəlidir.

Spirtli içkilərdən daha çox ağız, boğaz, mədə-bağırsaq, mədəaltı vəz, qaraciyər, süd vəzi xərçəngi yaranır.

10 ildən artıq həftə ərzində 200 ml-dən artıq spirtli içki içənlərdə bu risk var (bakupost.az).