"Hicama" mənasızdır - Heç nəyə xeyri yoxdur

 02:27 12.01.2023     1190

Hicama barədə çox soruşurlar. Dəbdə olan “müalicə” üsuludur.

Tibdə belə bir olmasa da, pasiyentlərin az qala hər dərd üçün bu hicamaya ümidli olması bizi açıqlama verməyə vadar edir.

“Medicina” xəbər verir ki, həkim terapevt Aqil Axundov hicamaya münasibətini açıqlayıb.

“İnternetdə araşdırdım, hicama edənlər sonsuzluğa qədər onlarla xəstəliyin “müalicəsini” vəd edir.

Sözün düzünə qalanda, bilirəm ki, məni daşqalaq edəcəklər.

Sadəcə deyim ki, qan özü də orqandır. Necə ki, qaraciyər, ağciyər, öd. Siz niyə onu kəsib bayıra atırsız? Niyə azaldırsız. Qaraciyərinizi təmizləmək üçün kəsirsiz? Yox. Ürəyinizi kəsirsiz? Yox.

Venoz qanın rəngi tünd olur, ona niyə çirkli qan deyirsiz? Çirkli ürək olur? Ağciyər olur? Olmur axı. Bu anormallıqdır. İnsan sağlamdırsa, onun müxtəlif orqanları niyə “yuyulmalıdır”. Bu nə düşüncədir? Mən niyə böyrəyimi, ürəyimi kəsməliyəm. Amma qan nəyə görəsə təmizlənməlidir, axıdılmalıdır. Minimum 30-50 qramını bayıra axıdırlar.

Çox təəssüf ki, bunu edirlər, buna inanırlar. Bilin ki, hicamanın mənası yoxdur, heç bir dərdin müalicəsi deyil. Boşuna qanınızı axıtmayın.

Xəstələnəndə sadəcə inandığınız həkimə müraciət edin”.