ÜST koronavirus xəstəsinin on gün təcrid olunmasını təklif edir

 14:29 13.01.2023     610

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 simptomu olan insanların on gün müddətinə təcrid edilməsi təklif olunur.

Redaktor.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ÜST-ün COVID-19 proqramı üzrə aparıcı mütəxəssisi Canet Diaz məlumat verib.

Onun sözlərinə görə, təşkilat bu virusun əlaməti olan şəxslərin on gün, simptom müşahidə edilməyənlərin isə 5 gün təcrid olunmasını məsləhət görür.