Azərbaycana yeni virusu aşkar edən testlər gətirildi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkədə “COVID-19” virusunun bütün ştamlarını aşkar edə bilən 450 sayda test alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, bu testlər koronavirusun “Omicron” ştamının yeni altnövü olan “Kraken” ştamını da müəyyən edə bilir.