Siqaret çəkənlərə çox pis xəbər var

 01:27 15.01.2023     651

Ohayo Universitetinin alimləri siqaret çəkənlərdə yaddaş pozğunluğu və çaşqınlıqda özünü göstərən koqnitiv geriləmə proqnozlaşdırıblar.

Redaktor.az xəbər verir ki, araşdırmaçılar 45 yaş və daha yuxarı yaşda olan 136 000 "uzun müddət əvvəl siqaret çəkən", "siqareti təzəlikcə tərgidən" və "hələ də siqaret çəkən"lərin gündəlik həyat tərzini araşdırıblar.

Onlar siqaret və koqnitiv pozuntu arasındakı əlaqə ilə maraqlanmaq üçün iştirakçılardan yaddaş pozğunluğu və ya zehni aydınlıq haqqında sualların daxil olduğu sorğu formalarını doldurmağı xahiş ediblər.

Sorğuda iştirak edənlərin təxminən 11 faizində subyektiv koqnitiv geriləmə aşkarlanıb. Nəticədə siqaret çəkənlər arasında bu pozğunluqların yayılması sağlam insanlardan iki dəfə çox olub. On ildən bir az əvvəl siqareti tərgidənlər arasında nevroloji problemlərin sayı siqaret çəkməyənlərlə müqayisədə 1,5 dəfə çox olub.

Ən pis nəticə isə 45-59 yaş qrupunda müşahidə olunub. Tədqiqatçılar hesab edirlər ki, həyatın bu mərhələsində siqareti tərgitmək koqnitiv sağlamlığı inkişaf etdirə bilər. Tədqiqatçılar hesab edirlər ki, siqareti dərhal tərgitmək hər bir siqaret çəkənə ancaq fayda gətirə, ömrünü uzada bilər (Yenilik.az).