Ziyilər insandan insana keçə bilərmi?

 00:17 19.01.2023     293

Ziyil hər yaşda təsadüf edilə bilən virus dermatozuna aid xəstəlikdir.

Virusun xəstə şəxsdən sağlam insana ötürülməsi üçün üç əsas şərt mövcuddur.

Birinci şərt xəstədə virusun yoluxuculuq xüsusiyyətinin yüksək olmasıdır. İkincisi, sağlam insanın immun sisteminin zəifliyi onun yoluxmasına zəmin yaradır. Sonuncu səbəb isə dəri və selikli qişanın zədələnməsidir. Bu şərtlərdən hər hansı biri olmazsa, xəstəlik ötürülə bilməz.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının dosenti,Elşad Novruzov məlumat verib.

Mütəxəssis bildirib ki, ziyilin müalicəsində onun yerləşməsindən, ölçüsündən asılı olaraq krioterapiya, koter və lazer terapiyadan istifadə edilir (azertag.az).