"Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil" - Nazir

 09:39 20.01.2023     486

"Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil".

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib

Nazir bildirib ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi.

"Əminliklə deyə bilərik ki, üç doza vaksin alanlar koronavirusun yeni yaranan ştamlarına qarşı qoruyuculuğa malikdirlər. Onlar yoluxsa belə, xəstəliyi yüngül keçirirlər".

 

 

Vumart və Güvən reklamı Vumart Güvən