Ağzında çürük diş saxlayanları gözləyən bəla

 01:30 21.01.2023     566

Müalicə olunmayan çürük dişlər insanda ciddi fəsadlar yaradıb, xəstəliklərə səbəb olur.

Redaktor.az xəbər verir ki, həkim stomatoloq ortodont Andrey Juk kariyesin digər orqanlara təsirindən danışıb.

Onun sözlərinə görə, inkişaf edən kariyes ürək xəstəliyi, insult, demensiyaya səbəb ola bilər.

Diş ərpi və daşının əmələ gəlməsi ağız damaq iltihabına yol açır, bu da ağız suyu, limfa, qanla orqanizmə iltihab yayır. Diş çürüməsindən daha çox ürək əziyyət çəkir.

İnfarkt, insult olan insanların 80%-nin ağzında 2 və daha çox dişi çürük, iltihablı idi.

Çürük dişlər baş beyində normal qan dövranını pozur.

Uşaq və yeniyetmələrdə kariyes yuxu pozulması yaradır. Eləcə də dişləm, çənə sümüyü inkişafı dəyişir. Uşaq yaxşı nəfəs ala bilmir, nitqində problem olur, beyin daim oksigen aclığı hiss edir. Ona görə də uşaqlar və yeniyetmələr tez yorulur, zəifləyir və gücləri olmur.

Dişə kariyes düşən kimi onun dərinləşməsini gözləmədən müalicə etdirmək, damaq iltihabını vaxtında müalicə etmək, dişləm, diş qırası və çənə sümüyünün vəziyyətinə vaxtında baxmaq lazımdır (bakupost.az).